CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

İstanbuldan Azərbaycana aviareyslər təxirə salınıb

© AZƏRTAC"Türk Hava Yolları"nın təyyarəsi
Türk Hava Yollarının təyyarəsi - Sputnik Azərbaycan
Abunə olmaq
AZAL-ın təyyarələri isə hələ ki, uçuşları təxirə salmayıb.

BAKI, 30 dek-Sputnik. Dekabrın 31-də Türkiyədən Azərbaycana həyata keçiriləcək uçuşlar təxirə salınıb.

Sputnik-in məlumatına görə, bu barədə Türk Hava Yollarının (THY) rəsmi səhifəsində məlumat verilir. Uçuşların təxirə salınmasına səbəb dekabrın 30-31-də İstanbulda gözlənilən qarlı hava şəraitidir.

Dekabrın 31-də İstanbul Atatürk Hava Limanından Bakı, Naxçıvan və Gəncə istiqamətində həyata keçirilməsi nəzərdə tutulan uçuşlar təxirə salınıb.

Kəskin hava şəraiti ilə əlaqədar THY ümumilikdə 142 uçuşunu müvəqqəti dayandırıb.

"Azərbaycan Hava Yolları" QSC-nin (AZAL) mətbuat xidmətinin rəhbəri Paşa Kəsəmənski Sputnik-ə bildirib ki, bu gün AZAL-ın Bakı-İstanbul reysi üzrə iki təyyarəsi uçacaq. Sabahkı uçuşlar isə hələlik təxirə salınmayıb. Əgər fors-major olsa, o zaman AZAL uçuşun təxirə salınması barədə qərar qəbul edəcək.

Xəbər lenti
0