Tereza ana müqəddəslər siyahısına daxil ediləcək

© Vladimir Vyatkin / Mediabanka keçidНастоятельница Ордена милосердия мать Тереза
Настоятельница Ордена милосердия мать Тереза - Sputnik Azərbaycan
Abunə olmaq
Vatikan beyin xərçəngindən əziyyət çəkən Braziliya sakininin Tereza ananın ilahi müdaxiləsi nəticəsində şəfa tapdığını qəbul edib.

BAKI, 18 dek-Sputnik. Roma Papası Fransisk Tereza ananı müqəddəslər sırasına daxil etmək qərarına gəlib. Bununla bağlı mərasimin 2016-cı il sentyabrın 4-də keçirilməsi gözlənilir.

Sputnik-in məlumatına görə, müqəddəsləşdirmə barədə qərar onun adı ilə bağlı ikinci möcüzənin qəbul olunması əsasında çıxarılıb. Vatikan beyin xərçəngindən əziyyət çəkən Braziliya sakininin Tereza ananın ilahi müdaxiləsi nəticəsində şəfa tapdığını qəbul edib.

Alban əsilli Tereza ana 1910-cu ildə Makedoniyanın paytaxtı Skopyedə anadan olub və gəncliyini bu şəhərdə keçirib. O, 18 yaşında ikən rahibə olmaq qərarına gələrək İrska monastırına köçüb, sonra isə Kəlküttədə müəllim işləyib. 1946-cı ildə "Sevgi missionerləri" adlı rahibə icması quraraq özünü xəstə və kimsəsiz inşalara həsr edən Tereza ana 1979-cu ildə Nobel mükafatına layiq görülüb.

Xəbər lenti
0