Müdafiə naziri Türkiyəyə gedib

© mod.gov.azMüdafiə naziri Zakir Həsənov
Müdafiə naziri Zakir Həsənov - Sputnik Azərbaycan
Abunə olmaq
Zakir Həsənov Azərbaycan, Gürcüstan və Türkiyə müdafiə nazirlərinin İstanbulda keçiriləcək üçtərəfli görüşündə iştirak edəcək.

BAKI, 16 dek-Sputnik. Azərbaycanın müdafiə naziri, general-polkovnik Zakir Həsənov Azərbaycan, Gürcüstan və Türkiyə müdafiə nazirlərinin dekabrın 17-də keçiriləcək üçtərəfli görüşündə iştirak etmək üçün İstanbula gedib.

Müdafiə naziri Zakir Həsənov və baş qərargah rəisi Nəcməddin Sadıqov - Sputnik Azərbaycan
Müdafiə naziri əsgərlərə verilən yeməklə maraqlanıb

Sputnik Müdafiə Nazirliyinin saytına istinadən xəbər verir ki. üçtərəfli görüşdə müdafiə sahəsində həyata keçirilən birgə əməkdaşlığın gedişatı nəzərdən keçiriləcək.

Burada regional təhlükəsizlik məsələləri, bölgədə sülhün, sabitliyin və iqtisadi inkişafın təmin edilməsi istiqamətində fəaliyyətlər müzakirə olunacaq.

Görüşdə həmçinin qarşılıqlı maraq doğuran digər məsələlərə diqqət yetiriləcək.

Xəbər lenti
0