Xüsusi təyinatlıların komandanı öldürülüb

© SputnikSəudiyyə Ərəbistan ordusu
Səudiyyə Ərəbistan ordusu - Sputnik Azərbaycan
Abunə olmaq
Səudiyyə Ərəbistanı xüsusi təyinatlı hərbi dəstəsinin komandanı Abdullah əs-Sehyan Yəmənin cənub-qərbində qiyamçı husi silahlıları tərəfindən öldürülüb.

BAKI, 14 dek-Sputnik. Səudiyyə Ərəbistanı xüsusi təyinatlı hərbi dəstəsinin komandanı Abdullah əs-Sehyan Yəmənin cənub-qərbində qiyamçı husi silahlıları tərəfindən öldürülüb.

Sputnik Report-a istinadən xəbər verir ki, bunu Yəmən hökumətinin təmsilçiləri bildirib.

Məlumata görə, Səudiyyə Ərəbistanı xüsusi təyinatlılarının da daxil olduğu ərəb dövlətləri koalisiya qüvvələri Yəmənin Zuba bölgəsində əməliyyat keçirərkən, qiyamçılar raket atıb. Bu atəş nəticəsində Abdullah əs-Sehyanla yanaşı, koalisiya qüvvələrinin daha 3 əsgəri həyatını itirib.
Səudiyyə Ərəbistanı rəsmiləri hadisə ilə bağlı hələlik heç bir açıqlama verməyib.

Səudiyyə Ərəbistanının başçılığı altında ərəb dövlətləri koalisiyası 8 aydır Yəməndə prezident Abdurabbu Mansur Hadinin qanuni hakimiyyətinin müdafiəsi uğrunda qiyamçılara qarşı mübarizə aparır.

Xəbər lenti
0