CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Fransada dəhşətli terror

© Hurriyet.com.trТеракты в Париже - стадион "Стад де Франс"
Теракты в Париже  - стадион Стад де Франс - Sputnik Azərbaycan
Abunə olmaq
Parisdə partlayışlar və atışma nəticəsində ölənlərin sayı 153 nəfərə çatıb.

BAKI, 14 noy — Sputnik. Parisdə baş verən atışma və partlayışlar nəticəsində ölənlərin sayı 153 nəfərə çatıb, 200-dən çox şəxs xəsarət alıb.
Sputnik-in verdiyi məlumata görə, Parisin "Blaklan" teatrında girovların azad edilməsi üçün aparılan əməliyyat zamanı 112 nəfər ölüb.
Təqribən 40 nəfər isə Parisin digər yerlərində ölüblər.

Bundan əvvəl "Bataklan"da naməlum şəxslər tərəfindən azı 100 nəfərin girov götürüldüyü bildirilirdi.
Parisin "Stade de France" stadionu yaxınlığında Fransa-Almaniya yoldaşlıq matçı zamanı bir neçə partlayış baş verib.

Prezident Fransua Ollandın da stadionda canlı izlədiyi Fransa-Almaniya oyunu zamanı stadionun kənarında partlayışlar eşidilib. Dövlət başçısı stadiondan çıxaraq birbaşa Daxili İşlər Nazirliyinə gedib.

Parisin prokuroru Fransua Molens bəyan edib ki, Parisdə baş vermiş terror aktları şəhərin altı müxtəlif nöqtəsində törədilib.
Onun sözlərinə görə, hadisə nəticəsində 5 terrorçu ölüb. Onlardan 3-ü girovlar azad edilərkən "Bataklan" konsert zalında məhv edilib. Daha 2-si "Stad de Frans" stadionu yaxınlığında özlərini partladıb. Digər terrorçular qaçmağa nail olub.
Hazırda şəhərdə fövqəladə vəziyyət rejimi tətbiq edilib. Terrorçuların tapılması üçün əməliyyat keçirilir.

Xəbər lenti
0