Sabaha hava proqnozu açıqlandı

Hava
Hava - Sputnik Azərbaycan
Abunə olmaq
Noyabrın 2-də hava dəyişkən buludlu olacağ, arabir tutulacaq.

BAKI, 1 noy — Sputnik.  Bakıda və Abşeron yarımadasında sabah noyabrın 2-də hava dəyişkən buludlu olacağ, arabir tutulacaq.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən verilən məlumata görə, gecə və səhər yarımadanın bəzi yerlərində yağış gözlənilir. Cənub-qərb küləyi əsəcək, arabir güclənəcək.

Paytaxt və yarımadada temperatur gecə müsbət 6-9 dərəcə, gündüz isə 9-13 dərəcə isti olacağı proqnozlaşdırılır.

Bölgələrdə gecə və səhər bəzi yerlərdə yağış yağacağı, duman olacağı, gündüz əsasən yağmursuz keçəcəyi gözlənilir. Qərb küləyi əsəcək, ayrı-ayrı yerlərdə arabir güclənəcək.

Havanın temperaturu gecə 4-9 dərəcə isti, gündüz 10-15 dərəcə isti, dağlarda gecə 0-5 dərəcə şaxta, gündüz 2-7 dərəcə isti olacağı gözlənilir.

Xəbər lenti
0