Автомобильная авария, фото из архива - Sputnik Azərbaycan
HADİSƏ
Azərbaycanda və dünyada baş verən insident, olay və qəzalar

O jurnalist Suriyada dünyasını dəyişdi

© mirvkartinkahРазрушенная Сирия
Разрушенная Сирия - Sputnik Azərbaycan
Abunə olmaq
Bundan öncə də çəkiliş apararkən iyun ayında da üzündən yaralanan Saleh Mahmud müalicǝ olunması üçün Türkiyǝyǝ gǝtirilmişdi.

BAKI, 9 okt – Sputnik. Türkiyənin Anadolu Ajans xǝbǝr agentliyinin Suriyadakı müxbiri Saleh Mahmud İŞİD terrorçularının Hələbdəki bombalı hücumunda dünyasını dəyişib. 

Bundan öncə çəkiliş apararkən iyun ayında da üzündən yaralanan Saleh Mahmud müalicǝ olunması üçün Türkiyǝyǝ gǝtirilmişdi. 

Məşhur jurnalist işlədiyi dövrdə Surayının şimalındakı toqquşmalara dair çoxlu sayda şǝkil vǝ görüntü çəkmiş, müharibədən əzab çəkən xalqın problemlǝrinǝ dair hesabatlar hazırlamışdı. 

Onun Suriyada qeydə aldığı şǝkillǝr dünyanın məşhur mediaları tǝrǝfindǝn dǝrc olunmuş, ǝn çox bǝyǝnilǝn şǝkillǝr kateqoriyasında yer almışdı. 

Saleh Mahmud ötən il Anadolu xǝbǝr agentliyindǝ hǝrb müxbirliyi üzrǝ tǝlim də keçmişdi. 

Hǝlǝb şəhərindǝ anadan olan 27 yaşlı jurnalist Saleh Mahmud evli idi, yoldaşının isǝ hamilǝ olduğu bildirilib.

Xəbər lenti
0