14:29 07 Dekabr 2016
Canlı yayım
UEFA

AFFA-nın baş katibi UEFA-nın İcraiyyə Komitəsinə seçilib

vesuviolive.it
XƏBƏRLƏR
Qısa URL
7 0 0

Elxan Məmmədovun da təmsil olunduğu komitə UEFA-nın fəaliyyətini, maliyyə məsələlərini audit edəcək, qərarların icrasını və effektivliyini mütəmadi araşdıraraq UEFA rəhbərliyinə hesabatlar hazırlayacaq.

BAKI, 30 iyun —Sputnik. UEFA İcraiyyə Komitəsinin bu gün keçirilən iclasında bir sıra qərarlar qəbul olunub. Sputnik Apasport-a istinadən bildirir ki, bu gün həm də İdarəetmə və Audit  Komitəsinin tərkibi müəyyənləşib.

Qitə futbol qurumu rəhbərliyinin bu məsələ ilə bağlı  təklifi İcraiyyə Komitəsində geniş müzakirə olunub və üç ölkənin – Azərbaycan, Avstriya və Finlandiya  Futbol Federasiyasının nümayəndəsi  komitəyə üzv seçilib.

AFFA-nın baş katibi Elxan Məmmədovun da təmsil olunduğu komitənin işi  UEFA-nın ayrı-ayrı sahələr üzrə fəaliyyətini, o cümlədən maliyyə məsələlərini audit edəcək,  qərarların icrasını və effektivliyini mütəmadi olaraq araşdırmaqla UEFA rəhbərliyinə  hesabatlar hazırlayacaq. 

 

Əsas mövzular