18:40 10 Dekabr 2016
Canlı yayım
Quantanamo həbsxanası

ABŞ Quantanamonu bağlamaq üçün xüsusi nümayəndə təyin edib

Hurriyet
XƏBƏRLƏR
Qısa URL
15 0 0

Vəkil Voloski məhbusların başqa ölkələrə nəqlini həyata keçirəcək.

BAKI, 30 iyun —Sputnik. ABŞ-ın dövlət katibi Con Kerri Quantanamo həbsxanasının bağlanması prosesinin icrasını öz üzərinə götürən yeni xüsusi nümayəndə təyin edib. Kerri verdiyi yazılı açıqlamada bildirib ki, eks-prezidentlər Bill Klinton və Corc Buş zamanında idarəetmə prosesinə cəlb edilmiş vəkil Li Voloskiyə Quantanamonun bağlanması prosesində hökumətin siyasətini həyata keçirmək səlahiyyəti verilib.      

"Li Amerikanın maraqları və insanlarımızın təhlükəsizliyinə uyğun olaraq Quantanamo həbsxanasının vaxtında bağlanmasını reallaşdırmaq üçün yerinə yetiriləcək diplomatik fəaliyyətimizə rəhbərlik edəcək" — deyə Kerri bildirib. Onun sözlərinə görə, Voloski məhbusların başqa ölkələrə nəqlini həyata keçirəcək. Həmçinin öz ölkələrinə nəqli mümkün olmayan dustaqların digər dost və tərəfdaş ölkələr tərəfindən qəbul edilməsi üçün həmin ölkələrin səlahiyyət sahibləri ilə danışıqlar aparacaq.      

Vəkil Voloski Bill Klinton və Corc Buşun vaxtında Milli Təhlükəsizlik Şurasında beynəlxalq təhdidlər direktorluğunda vəzifə tutmuşdu.

ABŞ prezidenti Barak Obama 2008-ci ildə prezident olandan sonra Quantanamo cəza evinin bağlanacağını vəd etmişdi.

Prezident Obama bundan əvvəl də həbsxananın bağlanması prosesini sürətləndirmək üçün iki xüsusi nümayəndə ayırmışdı. 

Mübahisəli cəza evində hal-hazırda 100-dən çox əsirin olduğu bildirilir. 


Əsas mövzular