23:16 09 Dekabr 2016
Canlı yayım
Yunanıstanda etirazlar

Yunanlar Avropa Birliyinə qarşı mitinq keçirdilər

bwbx.io
XƏBƏRLƏR
Qısa URL
Yunanıstan böhranı (7)
43 0 0

Beynəlxalq kreditorların Yunanıstan hökuməti qarşısında qoyduğu tələblər Afinada etirazlara səbəb oldu.

BAKI, 30 iyun – Sputnik. Beynəlxalq kreditorların maliyyə yardımı əvəzində Yunanıstan hökuməti qarşısında qoyduğu tələblər paytaxt Afinada geniş etirazlara səbəb olub. 

Avropa Birliyi və Beynəlxalq Valyuta fondu Yunanıstana veriləcək maddi yardım müqabilində, ölkənin iqtisadi böhrandan çıxması üçün dövlət orqanlarında və orduda ciddi ixtisarlar edilməsini istəyir. 

AB və BVF-nin bu son təklifini yunan millətvəkilləri “hiyləgər” adlandıraraq sərt şəkildə qarşı çıxıb. Bu səbəblə ölkənin baş naziri kreditorların təklifini dəyərləndirmək ixtiyarını xalqa verib. Baş nazir Aleksis Tsipras iyulun 5-nə referendum təyin edib və ümumxalq referendumunda təklifə “hə” cavabı çıxacağı təqdirdə istefa verəcəyini söyləyib.


Mövzu:
Yunanıstan böhranı (7)

Əsas mövzular