22:01 02 Dekabr 2016
Canlı yayım
100 лет Тунгусскому метеориту

Tunqus meteoriti

Vitaly Bezrukih
XƏBƏRLƏR
Qısa URL
37 0 0

BAKI, 30 iyun — Sputnik. 1908-ci il iyunun 30-da səhər saatlarında sakinlər Mərkəzi Sibirin Aşağı Tunquska və Lena çayları üzərində nəhəng şarın uçduğunu gördülər.

Şarın uçuşu səs və işıq effektləri ilə müşahidə olunaraq partlayışla bitdi. Partlayışın gücünün 40-50 meqatona bərabər olduğu bildirilir. Bu isə partladılmış ən güclü hidrogen bombasınn gücünə bərabərdir. Partlayışın zərbəsi 40 km radiusda meşəni məhv etdi, heyvanlar tələf oldular. Bir neçə gecə bu ərazidə qəribə işıq effektli hadisələr müşahidə olundu. Bu hadisələrə "1908-ci ilin yayının işıqlı gecələri" deyirlər. 

Alimlər partlayış barədə çoxsaylı mülahizə irəli sürüblər. Mülahizələrdən birinə əsasən, Yerə nəhəng meteorit düşüb. 1927-ci ildən etibarən sovet elmi ekspedisiyaları partlayış ərazisində onun izlərini axtarıblar. Lakin ərazidə ənənəvi meteor kraterinə rast gəlinməyib.

Əsas mövzular