17:38 03 Dekabr 2016
Canlı yayım
Arda Turan

Arda Turan Şərqi Türküstan üçün kampaniyaya başlayıb

XƏBƏRLƏR
Qısa URL
35 0 0

O, Çinin nəzarətində olan və “hər cür əzaba məruz qalan” Şərqi Türküstan üçün bütün müsəlmanlardan dua etməsini istəyib.

BAKI, 30 iyun- Sputnik. İspaniyanın “Atletiko” Madrid klubunda forma geyinən türk futbolçu Arda Turanın sosial şəbəkədə paylaşdığı şəkil rəğbət qazanıb. O, Çinin nəzarətində olan Şərqi Türküstan üçün bütün müsəlmanların dua etməsini istəyib.

Ulduz futbolçu, Instagram hesabında Şərq Türkistan bayrağını paylaşaraq “Çinin bu bölgədəki zalımlığına” reaksiya göstərib.

Mediada yayılan məlumatlara görə, Çin dövləti uyğur türklərinin yaşadığı Şərqi Türküstanda orucu qadağan edərək, bölgədə yaşayan xalqa əziyyət verməkdə davam edir.

Arda Turanın İnstagram hesabı
Arda Turanın İnstagram hesabı

Əsas mövzular