10:44 03 Dekabr 2016
Canlı yayım
Kanada parlamenti

Kanada Rusiyaya əlavə sanksiyalar tətbiq edib

bhmpics.com
XƏBƏRLƏR
Qısa URL
510

Kanada hökuməti "Qazprom" da daxil olmaqla Rusiyanın 14 hüquqi və 3 fiziki şəxsinə qarşı əlavə sanksiyalar tətbiq edib.

BAKI, 30 iyun —Sputnik. Kanada hökuməti Rusiyadan olan 14 hüquqi və 3 fiziki şəxsə qarşı əlavə sanksiyalar tətbiq edib.

Sputnik RİA Novosti-yə istinadən xəbər verir ki, bu barədə ölkənin baş naziri Stefan Harperin bəyanat verib. Bəyanatda əlavə sanksiyaların Ukraynadakı vəziyyətlə bağlı olduğu bildirilir.

Sanksiyaların tətbiq edildiyi hüquqi şəxslər “Qazprom”, “Surqutneft”, “Transneft” və “Marshall Capital Fund” fondudur. Siyahıya, həmçinin Avrasiya Gənclər İttifaqı, “Sirius” ASC, “Tula Silah İstehsalı Zavodu” ASC, “Birləşmiş Aviatikinti Korporasiyası” ASC, “Ximkompozit” şirkəti, “Oboronprom” müdafiə sənayesi kompleksi və digər iri şirkətlər daxil edilib.

Əsas mövzular