23:16 09 Dekabr 2016
Canlı yayım
Протесты в Армении

Erməni etirazçılar: Baqramyanda qalib gələnədək qalacağıq

© ru.golos.ua
XƏBƏRLƏR
Qısa URL
Elektrik üsyanı (17)
7 0 0

İrəvan polisi: Polisin hazırda heç bir tədbir görmək niyyəti yoxdur və əminəm ki, etirazçıların özləri dağılışacaq.

BAKI, 29 iyun —Sputnik. İrəvan polisi şəhərin mərkəzində elektrik enerjisinin bahalaşmasına qarşı çıxış edən etirazçıların özlərinin dağılışmasını gözləyir.

RİA Novosti xəbər verir ki, bu barədə İrəvan polisinin rəis müavini Valeri Osipyan bildirib. O deyib ki, polisin hazırda heç bir tədbir görmək niyyəti yoxdur və o, etirazçıların özlərinin dağılışacağına əmindir.  

Ötən gün axşam saatlarında bir neçə şəxsdən partlayıcı qurğunun götürülməsi xəbərinə münasibət bildirən polis rəisi bildirib ki, müvafiq qurumlar hazırda bu məsələ ilə araşdırma aparır.    

Hazırda Baqramyan prospektində 200-300 etirazçının gəzişdiyi, söhbət edib musiqi dinlədiyi qeyd olunur.   

Bu arada etirazçılar İrəvanın mərkəzi küçələrində yürüş etmək, Baqramyan prospektində qalib gələnədək qalmaq niyyətində olduqlarını bildiriblər.  

“Heç nə dəyişməyib, biz aksiyanı davam edəcəyik. Dünən Azadlıq meydanına keçməyə qərar verənləri pisləmirik, sadəcə, burada mübarizəyə başlamışıq və burada da onu bitirəcəyik. Bizim bir tələbimiz var — elektrik enerjisinin bahalaşması qərarı ləğv olunmalıdır. Yürüşdə cəmi 20-30 nəfər iştirak edəcək. Polisdən bizə mane olmamağı xahiş edirik. Bizim aksiya dinc xarakter daşıyır və bizim polislə qarşıdurma yaratmaq niyyətimiz yoxdur” — deyə təşkilatçılardan biri bildirib.  

Mövzu:
Elektrik üsyanı (17)

Əsas mövzular