11:57 11 Dekabr 2016
Canlı yayım
Suriya-Rusiya nümayəndə heyəti

Müəllim: İŞİD-in bir nömrəli sponsoru ABŞ-dır

RİA Novosti
XƏBƏRLƏR
Qısa URL
67 0 0

İki min yüz İŞİD yaraqlısı hal-hazırda Amerika tərəfindən son model silahlarla təchiz edilmiş vəziyyətdə Suriyanın cənub bölgələrinə göndərilib.

BAKI, 29 iyun — Sputnik. Suriyanın xarici işlər naziri Vəlid Muəllim, rusiyalı həmkarı Sergey Lavrovun dəvətilə Moskvaya gedib. Rusiya prezidenti Vladimir Putinlə də Kremldə görüşən Muəllim, İŞİD-in bir nömrəli sponsorunun ABŞ olduğunu iddia edib. 

Vladimir Putin də öz növbəsində rəsmi Dəməşqə dəstək verdiyini və bundan sonra da verəcəyini bildirib.

Rəsmi qonaq olmamasına baxmayaraq, Müəllimi Kremldə qəbul edən Putin deyib: "Bu mübarizənin əvvəl-axır Suriya xalqının qələbəsilə sona çatacağına inanıram. Rusiyanın Suriya ilə bağlı siyasətində hər hansı bir dəyişikliklik yoxdur. Suriyanı beynəlxalq terrorizmə qarşı mübarizədə dəstəkləməyə davam edəcəyik."

Prezident Putin nitqində Suriyanın qonşularına da iradlarını bildirib. Deyib ki, "İŞİD-dən sonra təhlükənin fərqinə varmağa başlayan Türkiyə, İordaniya və Səudiyyə Ərəbistanı kimi ölkələr birgə mübarizə aparmaq niyyətində deyillər. Biz Rusiya olaraq Suriya da daxil olmaqla region ölkələri arasında mövcud olan problemlərə baxmayaraq, terrora qarşı birgə mübarizə üçün vasitəçi olmağa hazırıq."

Rusiya prezidenti ilə görüşdən sonra açıqlama verən Müəllim deyib: "Putinin möcüzələri reallaşdırmağı bacaran bir şəxs olduğunu bilirəm. Amma Səudiyyə Ərəbistanı, Türkiyə, Qətər və ABŞ —la anlaşmaq üçün çox böyük bir möcüzəyə ehtiyac var."  

İŞİD-in bir nömrəli sponsorunun ABŞ olduğunu iddia edən Müəllim, ABŞ-ın praktik olaraq milyardlarla dollar xərcləyərək terrorçuları təlimatlandırdığını irəli sürüb. "İki min yüz İŞİD yaraqlısı hal-hazırda Amerika tərəfindən son model silahlarla təchiz edilmiş vəziyyətdə Suriyanın cənub bölgələrinə göndərilib. Amerika hətta bunu gizlətməyə belə ehtiyac duymur" — deyə Müəllim əlavə edib. 

Müəllim Dəməşq rəhbərliyinin beynəlxalq terrorla mübarizədə Rusiyaya bel bağladığını xatırlatmağı da unutmayıb. "Rusiya prezidenti Vladimir Putinlə xarici işlər naziri Sergey Lavrovun yeritdiyi siyasət bizim üçün həyati əhəmiyyət daşıyır. Suriya böhranının həllində tutduğu mövqeyə görə Rusiyaya təşəkkür edirəm" — deyə Müəllim bildirib. 

Vəlid Müəllim və Sergey Lavrov
Hurriyet
Vəlid Müəllim və Sergey Lavrov

Rusiya Xarici İşlər Nazirliyinin yaydığı bəyanatda da bölgədəki böhranın Suriyanın suverenliyi və ərazi bütövlüyü çərçivəsində həllinin vacib olduğu ifadə edilib. 

"Xarici oyunçular"a ünvanlanan bəyanatda deyilir: "Biz Rusiya olaraq böhranın Suriyanın suverenliyi və ərazi bütövlüyü çərçivəsində danışıqlar və diplomatik yolla həllinə tərəfdar olduğumuzu bir daha bəyan edirik. Dəməşq rəhbərliyi ilə əlaqələr qurulmadan, sadəcə ABŞ-ın öncüllük etdiyi və ikili standartlar tətbiq etdiyi koalisiya ilə Suriyada müharibə və terrorun sona çatmayacağını artıq başa düşmək lazımdır. ABŞ-ın rəhbərliyi altında bir il əvvəl qurulan və beynəlxalq terrorla mübarizəni birinci vəzifə elan edən koalisiya hər hansı nəticə əldə edə bilməyib." 

Suriyadakı beynəlxalq terror təşkilatlarına qarşı bölgədə ən təsirli mübarizənin rejim ordusu və kürd qüvvələri tərəfindən aparıldığına işarə edilən bəyanatda tərəflər 30 iyun 2012-ci il Cenevrə Konfransında əldə edilən razılaşmaya əməl etməyə çağırılır.  

Əsas mövzular