21:24 09 Dekabr 2016
Canlı yayım
XƏBƏRLƏR

Kürd deputatdan təklif: Türkiyə Yunanıstanın borcunu ödəsin

XƏBƏRLƏR
Qısa URL
Yunanıstan böhranı (7)
7410

Türkiyənin HDP-li millət vəkili Ertuğrul Kürkçü təklif edib ki, Yunanistanın 1,6 milyard Avro borcunu Türkiyə ödəsin, ya da ona faizsiz kredit versin.

BAKI, 29 iyun — Sputnik. Türkiyənin Xalqların Demokratik Partiyasının (HDP) İzmirdən olan millət vəkili Ertuğrul Kürkçü təklif edib ki, Yunanistanın 1,6 milyard Avro borcunu Türkiyə ödəsin, ya da ona faizsiz kredit versin. 

Sputnik-in Türkiyənin "Hürriyət" qəzetinə istinadən verdiyi məlumata görə, Kürkçü, Türkiyə Böyük Millət Məclisində keçirdiyi mətbuat konfransında deyib ki, Almaniya, Avropa Birliyinin mərkəzi bankı və Dünya Bankı (IMF) Yunanistanın deyil, Avropanın maliyyə xərclərini qorumaq üçün Syriza hökumətini təzyiq altında saxlayır. 

Kürkçü belə münasibətin Avropa Birliyi ölkələrinə yaraşmadığını deyib. "Avropanın Yunanıstana yardım etməsi və Avropanı xilas etməsi lazımdır. Yunanıstanın batmasıyla Avro və Avropa Birliyi dağılmaq təhlükəsi ilə üz-üzə qalacaq." — deyə deputat əlavə edib. 

Kürkçü, Türkiyə hökumətini bu çətin günlərdə Yunanistanın yanında olmağa çağırıb: "Yunanıstanın 1,6 milyard Avroluq borcunu Türkiyə öz üzərinə götürə bilər. Çətin vaxtlarda qonşuya ediləcək ən böyük kömək budur. Bu yardımın əvəzində yunan xalqının dostluğunu, Egey dənizinin sülh dənizinə dönməsi imkanını əldə edə bilərik. Türkiyənin 2013-cü ildə beynəlxalq qurumlara etdiyi humanitar yardımın dəyəri 1,9 milyard Avro idi. Türkiyənin mənbələri Yunanıstana bu yardımı etməyə imkan verir. Türkiyə Yunanıstana faizsiz borcla da dəstək verə bilər." 

Jurnalistlər Kürkçüdən bu yaxınlarda getdiyi Afinada Syriza hökumətinin ondan belə bir xahişi edib-etmədiyini də soruşublar. Kürkçü bildirib ki, Syriza onlardan heç nə istəməyib. "Sadəcə eyni məqsədlərə xidmət edən partiyalarıq və Yunanıstanın istəyib-istəmədiyini gözləmədən onlara yardım etmək borcumuzdur." deyə HDP-li deputat əlavə edib. 

Mövzu:
Yunanıstan böhranı (7)

Əsas mövzular