18:41 10 Dekabr 2016
Canlı yayım
Руководитель Центра политических технологий (Россия) Сергей Маркедонов

Markedonov: "Ermənistan əhalisi korrupsiyalaşmış rejimə etiraz edir

РИА Новости
XƏBƏRLƏR
Qısa URL
Elektrik üsyanı (17)
10 0 0

Rusiyalı politoloq hesab edir ki, Ermənistanda xalq Rusiyaya qarşı deyil, hakimiyyətə qarşı etiraz edir.

BAKI, 29 iyun —Sputnik. Ermənistandakı son hadisələr ölkə əhalisinin uzun illərdir üzləşdiyi sosial-iqtisadi problemlərin təzahürüdür. Etiraz aksiyalarının əsas səbəbi sosial narazılıqdır. Bu təkcə elektirik enerjisinə görə tariflərin qaldırılması ilə bağlı deyil. Bu narazılığa çox böyük kontekstedən baxmaq lazımdır.

Bunu APA-ya müsahibəsində Rusiya Dövlət Humanitar Universitetinin regionşünaslıq və xarici siyasət kafedrasının dosenti, tanınmış siyasi ekspert Sergey Markedonov deyib.

Rusiyalı politoloqun sözlərinə görə, Ermənistanda sosial-iqtisadi problemlərlə bağlı etiraz aksiyalarının keçirilməsi əslində təzə xəbər deyil: "Bu ölkədə artıq uzun illərdir ki, müntəzəm olaraq belə aksiyalar keçirilir. Keçən ilin dekabrın sonunda hökumət binası önündə oliqarxların ticarət mərkəzlərlərinin bağlanması tələbi irəli sürülmüşdü. Xalq qiymət artmına, milli valyutanın devalvasiyasına qarşı etirazını bildirmişdi. Küçə aksiyaları İrəvan üçün nadir bir hal deyil".

"İyunun 20-dən Ermənistanda başlayan etiraz aksiyaları hakimiyyətdən, korrupsiyaya bulaşmış mövcud rejimdən bezmiş ölkə əhalisinin çağırışıdır. Aksiyalarda hökumət kəskin tənqid olunur. Rejimin dəyişməsi tələbi irəli sürülür. Hələlik müxalifət tərəfindən konkret plan irəli sürülməyib. Hələ ki, aksiyalar kortəbii xarakter daşıyır"-deyə politoloq qeyd edib.

Markedonov Ermənistanda Ukrayna "Maydan"ının baş verdiyi ilə bağlı bəzi siyasi ekspertlərin fikrini bölüşmədiyini bildirib: "Mən bununla qətiyyən razı deyiləm. Bəzi ekspertlər Ermənistan baş verənlərin Rusiya əleyhinə olduğunu, Qərb tərəfindən təşkil edildiyini deyirlər. Əslində bu belə deyil. Ermənistanda xalq Rusiyaya qarşı deyil, hakimiyyətə qarşı etiraz edir. Ermənistan əhalisi uzun illərdir ki, iqtisad-sosial problemlərlə üz-üzədir. Rusiya isə bu müddətdə Ermənistana daim yardım əlini uzadıb. Lakin rəsmi İrəvan sosial problemləri həll edə bilməyib".

Ekspertin fikrincə, Rusiya iqtisadi planda Ermənistanda bu gün çox güclüdür: "Ona görə də, rəsmi Moskva bu ölkədə baş verənlərdən nəticə çıxarmalıdır. Bildiyiniz kimi, Ermənistanda elektrik enerjisi paylayıcı şirkəti olan İnter RAO ES Rusiyaya məxsusdur. Ona görə də, hesab edirəm ki, Rusiya bu hadisələrə təsir etməlidir. Çünki Qərb də bu hadisələri yaxından izləyir. Qərb Rusiyanın bu regionda mövqeyinin zəifləməsində maraqlı olsa da, lakin Qərbə Ermənistanda vəziyyətin destabilləşməsi lazım deyil".     

Mövzu:
Elektrik üsyanı (17)

Əsas mövzular