03:53 04 Dekabr 2016
Canlı yayım
tqdk

TQDK rezidenturaya hazırlaşanlar üçün online sınaq imtahanı keçirir

tqdk.gov.az
XƏBƏRLƏR
Qısa URL
105 0 0

Namizədlər əldə etdikləri iş nömrəsi və şifrədən istifadə etməklə eservices.tqdk.gov.az/sinaq/ səhifəsində qeydiyyatdan keçərək onlayn rejimdə sınaq imtahanı verə bilərlər.

BAKI, 29 iyun — Sputnik. Tələbə Qəbulu üzrə Dövlət Komissiyası (TQDK) rezidenturaya qəbul imtahanlarının ikinci mərhələsinə hazırlaşan namizədlər üçün onlayn sınaq imtahanı keçirir. 

Sputnik TQDK-ya istinadən bildirir ki, qəbul imtahanı ərəfəsində namizədlərə öz bilik səviyyələrini real qiymətləndirməyə imkan yaradan onlayn imtahanda suallar qəbul imtahanının ikinci mərhələsi üzrə qəbul proqramı əsasında təqdim olunur.

İmtahanda iştirak etmək istəyənlər TQDK-nın virtual ödəmə kartını əldə etməlidirlər. Bu ödəmə kartını internet ödəmə vasitəsilə (https://eservices.tqdk.gov.az/sinaq/cards.aspx) əldə etmək olar.

Namizədlər əldə etdikləri iş nömrəsi və şifrədən istifadə etməklə eservices.tqdk.gov.az/sinaq/ səhifəsində qeydiyyatdan keçərək onlayn rejimdə sınaq imtahanı verə bilərlər.

Əsas mövzular