03:48 04 Dekabr 2016
Canlı yayım
Fahad Süleyman Əbdül Möhsen əl-Kabbaa

Küveytdə məscidi partladan şəxs son sözündə şiələri hədələyibmiş

moi.gov.kw
XƏBƏRLƏR
Qısa URL
13110

İŞİD terror qruplaşmasının nümayəndələri sosial şəbəkələrdə Küveytdə məsciddə partlayış törətmiş terrorçunun son sözlərinin audio faylını yerləşdiriblər.

BAKI, 29 iyun — Sputnik. İŞİD terror qruplaşmasının nümayəndələri sosial şəbəkələrdə Küveytdə məsciddə partlayış törətmiş terrorçunun son sözlərinin audio faylını yerləşdiriblər. 

Terrorçu son çıxışında Qurandan ayələri oxuyur, həmçinin şiə müsəlmanları tənqid edərək onları İslamı təhqir etməkdə günahlandırır. Sonda isə terrorçu şiələrə qisas barədə xəbərdarlıq edir.

Xatırladaq ki, Küveyt Daxili işlər nazirliyi ötən cümə günü məsciddə 27 nəfərin həlak olması ilə nəticələnmiş partlayışı törətmiş şəxsin fotosunu yayıb.

Fahad Süleyman Əbdül Möhsen əl-Kabbaa
moi.gov.kw
Fahad Süleyman Əbdül Möhsen əl-Kabbaa

Səudiyyə Ərəbistanından olan bu şəxsin adının Fahad Süleyman Əbdül Möhsen əl-Kabbaa olduğu bildirilir.

Əsas mövzular