23:51 06 Dekabr 2016
Canlı yayım
İŞİD məktəbi

İŞİD-in məxfi şifrələrini ABŞ xüsusi xidmətləri aça bilmir

mailonline
XƏBƏRLƏR
Qısa URL
11110

Surespot və Kik kimi heç bir boşluğu olmayan şifrələnmiş texnologiyalardan istifadə edən terrorçular MKİ və MTA-nın keçmiş agenti Edvard Snoudenə təşəkkür ediblər.

BAKI, 29 iyun —Sputnik. İŞİD terror qruplaşması məlumatların ötürülməsi zamanı ABŞ-ın Mərkəzi Kəşfiyyat İdarəsi (MKİ) və Milli Təhlükəsizlik Agentliyinin (MTA) giriş əldə edə bilmədiyi şifrələrdən istifadə edirlər. 

Sputnik xəbər verir ki, bu barədə məlumatı Washington Times nəşrinə Yaxın Şərq kütləvi İnformasiya Vasitələrinin Araşdırılması İnstitutunun rəhbəri Stiv Stalinski verib. 

İŞİD bu gün dünya təhlükəsizliyinə başlıca təhlükə hesab olunur. Təşkilat bu günlərdə Tunisdə 40 nəfərin ölümü və 40 nəfərin yaralanması ilə nəticələnən terror aktının məsuliyyətini öz üzərinə götürüb. Staniskinin məlumatına görə,İŞİD şifrələnmiş məlumatlar əsasında terror aktları törədir və təşkilata yeni üzvlər cəlb edir. Ən əsası terrorçular iki üsuldan istifadə edirlər — Surespot və Kik. Bu üsullarda isə xüsusi xidmətlərin ora daxil olması üçün boşluqlar yoxdur. "Bu vaxt onlar şirkətlərin və hakimiyyətlərin müşahidə edə bilməyəcəyi,heç bir boşluğu olmayan şifrələnmiş texnologiyadan istifadə edirlər, hansı ki, cihadçılar o məlumatları sürətlə qəbul edə və mənimsəyə bilirlər." — deyə Stalinski biuldirib.

MEMRİ-nin araşdırmalarına görə, bəzi terrorçular MKİ və MTA-nın keçmiş əməkdaşı Edvard Snoudenə iri həcmli, o cümlədən ABŞ-ın terrorçulara nəzarət üsullarını təsvir edən sənədləri yaydığına görə təşəkkür ediblər. 

İŞİD yaraqlılarından biri özünün Twitter hesabında yazıb ki, MTA-nın ifşası akademik baxımdan son dərəcə qiymətlidir, çünki yaraqlılar ifşa materiallarına uyğun hərəkət edirlər. 

İŞİD üç il ərzində İraq və Suriyanın əhəmiyyətli hissəsini ələ keçirməyə müvəffəq olub. O, öz hakimiyyətini Liviya da daxil olmaqla Şimali Afrika ölkələri hesabına genişləndirməyə cəhd edir. 

Müxtəlif göstəricilərə görə, İŞİD hazırda 90 min kadrat kilometr əraziyə nəzarət edir. Terrorçular bu əraziləri "Xilafət" adlandırırlar və onun öz qanunları və hakimiyyət orqanları var. Qeyri-rəsmi rəqəmlərə görə, bu ekstremist təşkilatın 50 mindən 200 minədək üzvü var. 

İŞİD-in vahid mübarizə cəbhəsi yoxdur.Qruplaşma ilə Suriya və İraqın hakimiyyət qoşunları, həmçinin kürd, Livan və İraq şiə qruplaşmaları mübarizə aparır. Hərbi əməliyyatlar nəticəsində minlərlə dinc əhali öldürülüb, milyonlarla insan qaçqın düşüb. 

ABŞ İŞİD qruplaşmasını məhv etmək üçün hərbi kampaniyanı üç mərhələdə təşkil etmək niyyətindədir. Nyu York Times-ın məlumatına görə, birinci mərhələ terrorçulara aviazərbələr endirməklə başa çatır. İkinci mərhələdə İraqın və kürdlərin, həmçinin sünni əsilli şəxslərin təlimlər və lazımi ləvazımatla təmin edilməsidir. Üçüncü mərhələ isə silahlıların Suriyadakı sığınacaqlarının və ordusunun darmadağın edilməsidir. Bütün bunlarsa, böyük ehtimalla Barak Obama gedəndən sonra ABŞ-ın yeni administrasiyası tərəfindən həyata keçiriləcək. 

Teqlər:
terror, ABŞ, İŞİD, İŞİD

Əsas mövzular