22:03 02 Dekabr 2016
Canlı yayım
İrəvanda aksiya

"Azadlıq" meydanına gedənlər satqınlıqda ittiham olunur

XƏBƏRLƏR
Qısa URL
17 0 0

"Talana yox" deyən mitinqçilər tələbləri yerinə yetməyənə qədər küçə və meydanlardan çəkilməyəcəklərini bildiriblər.

BAKI, 29 iyun —Sputnik. İrəvanda bu gecə etiraz aksiyaları Baqramyan prospektində və yaxınlıqdakı Azadlıq meydanında davam edib.

Sputnik-in RİA Novosti-yə istinadən verdiyi məlumata görə, bir həftədir ki, Ermənistan paytaxtının mərkəzi prospektini bağlayan mitinqçilərə təşkilatçılar Azadlıq meydanına qayıtmağı təklif etsələ də, onların bir qismi səhərə qədər Baqramyanda qalmağı üstün tutublar. “Talana yox!” hərəkatının Baqramyan prospektində qalan 1000 nəfərədək etirazçısı "Azadlıq" meydanına gedən hərəkatçıları satqınlıqda ittiham ediblər və öz mübarizələrini sonadək aparacaqlarını bildiriblər.Prezident administrasiyası, parlament, Konstitusiya məhkəməsi və digər dövlət idarələri məhz Baqramyan prospektində yerləşir.  

Ermənistan hüquq-mühafizə orqanlarının rəhbərləri dəfələrlə aksiya iştirakçılarına qarşı güc tətbiq ediləcəyi barədə bəyanatlar versələr də, polis aksiyalara müdaxilə etməyib.

İrəvanda və Ermənistanın digər şəhərlərində elektrik enerjisinin bahalaşması əleyhinə kütləvi etiraz aksiyaları keçirilir.Hökumət enerji tariflərini endirməyə razılıq versə də, mitinqçilər digər sosial problemlər həll olunmayana qədər meydanlardan getməyəcəklərini bildiriblər. 


Əsas mövzular