17:39 03 Dekabr 2016
Canlı yayım
Üstünə təyyarə düşən ev

ABŞ-da təyyarə yanan evin üstünə düşüb

APA
XƏBƏRLƏR
Qısa URL
13 0 0

Qəza nəticəsində təyyarənin göyərtəsində olan 3 nəfər ölüb.

BAKI, 29 iyun —Sputnik. ABŞ-ın Pleynvill şəhərində (Massaçusets ştatı) yüngülmotorlu təyyarə yaşayış evinin üzərinə düşüb.

Sputnik RİA Novosti-yə istinadən xəbər verir ki, qəza nəticəsində təyyarənin göyərtəsində olan 3 nəfər ölüb.  

İlkin ehtimala əsasən, Pensilvaniya ştatında havaya qalxan təyyarənin mühərrikində nasazlıq yaranıb.

Təyyarə dörd nəfər ailə üzvünün yaşadığı fərdi evin üzərinə düşüb. Qəza nəticəsində evdə güclü yanğın başlayıb. Sakinlər vaxtında evi tərk edə biliblər, onların həyatlarına təhlükə yoxdur.

Polis və ABŞ Federal Aviasiya İdarəsi (FAİ) faktla bağlı araşdırma aparır.

Əsas mövzular