21:57 02 Dekabr 2016
Canlı yayım
Церемония закрытия первых Европейских игр

I Avropa Oyunları rəsmən sona çatıb

© Sputnik.az Али Мамедов
XƏBƏRLƏR
Qısa URL
375 0 0

İyunun 12-də startı verilən Bakı-2015 Birinci Avropa Oyunları bu gün Bakı Olimpiya Stadionunda təmtəraqlı bağlanış mərasimi ilə sona çatıb.

BAKI, 28 iyun —Sputnik.  İyunun 12-də startı verilən Bakı-2015 Birinci Avropa Oyunları bu gün Bakı Olimpiya Stadionunda təmtəraqlı bağlanış mərasimi ilə sona çatıb. 

Avropa tarixində ilk dəfə keçirilən oyunlara 17 gün ərzində Azərbaycan ev sahibliyi edib. 

Beləliklə 17 gün ərzində 253 dəst mükafat üçün mübarizə aparan 50 ölkə təmsilçisinin yarışına nöqtə qoyulub. Son günü medalsız başa vuran Azərbaycan yığması ümumilikdə 2-ci yeri tutub.

21-i qızıl, 15-i gümüş, 20-si bürünc olmaqla, 56 medala yiyələnən millimiz yalnız Rusiyadan geri qalıb. Şimal qonşularımız 79 dəfə çempionluq yaşayıb. 40 gümüş və 45 bürüncü də olan rusiyalılar 164 medala sahib çıxıb.

İlk “üçlük”də Böyük Britaniya yığması da yer alıb. Almaniya 4-cü, Fransa 5-ci, İtaliya isə 6-cı yerlə kifayətlənib. 29 medal qazanan qonşu Türkiyə 14-cü pilləylə kifayətlənib.

Ümumilikdə isə Bakı-2015-də 844 medalın sahibi bəlli olub. Eyni sayda 253 qızıl və gümüşlə yanaşı, 338 bürünc mükafat oynanılıb. Bunlara 50 iştirakçı ölkədən 42-nin idmançıları yiyələnib. Onlardan 31-i çempionluq qazanmağı bacarıb. Lüksemburq, Malta, Bosniya və Herseqovina, Andorra, Albaniya, İslandiya, Lixtenşteyn, və Monako isə Bakı-2015-i medalsız tərk edib.

 


Əsas mövzular