03:50 04 Dekabr 2016
Canlı yayım
FİFA

İspaniya Qətər-2022-nin keçirilmə tarixinə etiraz edir

gsr.fm
XƏBƏRLƏR
Qısa URL
25 0 0

Mundialın noyabr-dekabrdə baş tutması təkcə İspaniya Liqasına 65 milyon avro zərər vuracaq.

BAKI, 28 iyun — Sputnik. İspaniya Peşəkar Futbol Liqası (LFP) Qatarda baş tutacaq 2022-ci il dünya birinciliyinin noyabr-dekabr aylarında keçirilməsi əleyhinə FİFA arbitraj məhkəməsində (KAS) iddia qaldırıb. 

LFP 3 müstəqil ekspertin yardımı ilə araşdırma aparıb və məlum olub ki, mundialın o tarixlərdə baş tutması təkcə İspaniya Liqasına 65 milyon avro zərər vuracaq.

LFP-nin prezidenti Xavyer Tebas digər ölkələrin liqalarına da birlikdə mübarizə aparmaq üçün təkliflər etdiklərini bildirib:

“Bizim əsas məqsədimiz klubların maraqlarını qorumaqdı. Digər ölkə liqaları da bizə dəstək verirlər, ancaq sadəcə sözlə. Maraqları qorumaq üçün qanuni kanallar hər zaman var. Heç kim hüquqlarını müdafiə etmək üçün məhkəməyə getməkdən qorxmamalıdı”.

Əsas mövzular