14:17 04 Dekabr 2016
Canlı yayım
Termometr - isti hava

Sabah Azərbaycanda 42 dərəcə isti gözlənilir

© AZƏRTAC.
XƏBƏRLƏR
Qısa URL
23 0 0

Paytaxtda havanın temperaturu gecə 22-24, gündüz 33-35 dərəcə olacaq.

BAKI, 28 iyun —Sputnik. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin məlumatına görə, iyunun 29-da Bakıda və Abşeron yarımadasında hava əsasən yağmursuz keçəcək. Şimal-şərq küləyi əsəcək, axşama doğru şimal-qərb küləyi ilə əvəzlənəcək.

Paytaxtda havanın temperaturu gecə 22-24, gündüz 33-35 dərəcə olacaq.

Azərbaycanın rayonlarında hava əsasən yağmursuz olacaq, lakin axşam və gecə bəzi yerlərdə şimşək çaxacağı, qısamüddətli yağış yağacağı gözlənilir.

Havanın temperaturu gecə 20-25, gündüz 35-40 olacaq. Bəzi yerlərdə temperaturun 42 dərəcəyədək yüksələcəyi gözlənilir.

Dağlarda havanın temperaturu gecə 14-19, gündüz 25-30 dərəcə isti olacaq.

Əsas mövzular