22:00 02 Dekabr 2016
Canlı yayım
Tunis, Əl-Zaytuna məscidi

Tunis 80 məscidi bağlamaq qərarına gəlib

wikimedia.org
XƏBƏRLƏR
Qısa URL
66 0 0

Hökumət məscidlərdə terror şəbəkələrinin nümayəndələrinin təşkilatlanmasından çəkinir.

BAKI, 28 iyun —Sputnik. Tunisin Sus şəhərindəki otellərə yaxın çimərlikdə 40 nəfərin öldürüldüyü terrör aktından sonra yerli hökumət dövlətin nəzarət etmədiyi 80 məscidin başlanacağını açıqlayıb. Tunisin Baş naziri Həbib Essid çıxışında bu terror aktından sonra təhlükəsizlik üçün şəhər mərkəzlərinə uzaq olan məscidlərin bağlanacağını bildirib.

Hökumət məscidlərdə terror şəbəkələrinin nümayəndələrinin təşkilatlanmasından çəkinir.

Tunis 2011-ci ildə Zeynəlabidin Bin Əli rejiminin devrilməsindən sonra terror təşkilatları ilə mübarizə aparır. 

Katerdəki naməlum silahlılar dünən Tunisin Sus şəhərindəki beşulduzlu “İmperial Marhaba” və “Soviva Resort” hotellərinin yaxınlığındakı çimərliyə hücum edərək oradakı insanları gülləbaran ediblər. Güllələnənlər arasında Rusiya, Almaniya və Böyük Britaniyalı turistlərin də olduğu bildirilir.

Əsas mövzular