06:13 11 Dekabr 2016
Canlı yayım
Пожар в Тайвани

Tayvanda 516 nəfər əyləncə parkında baş verən yanğının qurbanı olub

© Hurriyet.com.tr
XƏBƏRLƏR
Qısa URL
82 0 0

Xəsarət alanlardan 194 nəfərin vəziyyəti ağırdır.

BAKI, 28 iyun —Sputnik. Tayvanın Sinbey şəhərində yerləşən akvaparkda baş verən yanğın nəticəsində 516 nəfər xəsarət alıb. 

Sputnik RİA Novostiyə istinadən xəbər verir ki, partlayış və yanğın Sinbeyin “Basyan” su atraksionları əyləncə parkında qeydə alınıb.

Xəsarət alanlardan 194 nəfərin vəziyyəti ağırdır. Hadisə nəticəsində ölənlər barədə informasiya olmasa da, yaralıların əksəriyyətində nəfəs yolları və dəri yanıqları ilə bağlı problemlər aşkara çıxıb. Yaralılar şəhərin 39 xəstəxanasına yerləşdiriliblər. Yerli hakimiyyət yaralılara tibbi yardım göstərilməsi üçün onların Taybeyya şəhəri də daxil olmaqla yaxınlıqdakı dörd şəhərin xəstəxanalarına ekstradisiyası barədə göstəriş verib. Yaralılardan bəzilərinə dəri transplantasiyası tələb olunur. Onların arasında iki əcnəbinin olduğu bildirilir.

Yanğın “Color Play Asia” boya festivalı çərçivəsində  “Formosa Water Park” su atraksionunda təşkil olunan diskoteka zamanı ortaya çıxıb. Yerli Ənənəyə əsasən, şou zamanı təşkilatçılar qonaqlara rəngbərəng boyalar atırlar. Partlayış havada tozlandırılmış boya tozunun naməlum səbəbdən alışması nəticəsində baş verib. 

Tədbirin təşkilatçıları polis tərəfindən saxlanılıb və dindirilir. 

Əsas mövzular