23:53 06 Dekabr 2016
Canlı yayım
Флаг Греции

Yunanıstan parlamenti referendum qərarını təsdiqləyib

ria.ru
XƏBƏRLƏR
Qısa URL
Yunanıstan böhranı (7)
42 0 0

İyunun 5-də keçiriləcək referendumda seçicilər ölkənin kreditorlar tərəfindən irəli sürülmüş şərtləri qəbul edib-etməməsinə münasibət bildirəcəklər.

BAKI, 28 iyun —Sputnik. Yunanıstan parlamenti iyunun 28-nə keçən gecə çağırılmış təcili plenar iclası zamanı iyulun 5-də referendumun keçirilməsi təklifini ratifikasiya edib.

Referendumda seçicilər ölkənin kreditorlar tərəfindən irəli sürülmüş şərtləri qəbul edib-etməməsinə münasibət bildirəcəklər.   

Sputnik RİA Novosti-yə istinadən xəbər verir ki, 300 deputatdan 179-u qərarı dəstəkləyib. Səsvermədən əvvəl Yunanıstanın baş naziri Aleksis Tsipras yunan xalqının qalxaraq kreditorların ultimatumuna qətiyyətlə yox deyəcəyinə əmin olduğunu qeyd edib.   

Avrozona ölkələrinin maliyyə nazirləri Şurası (Avropa Qrupu) Yunanıstan və  onun kreditorları arasında razılaşmaya növbəti dəfə nail olmaq məqsədi ilə ötən gün Brüsseldə növbədənkənar toplantı keçirib. İclasda Yunanıstanda  büdcə qənaəti və islahatlar proqramı müzakirəyə çıxarılıb. Kreditorlarla razılaşmaya nail olunacağı təqdirdə ölkə əlavə beynəlxalq kreditlər almaq imkanı əldə edəcəkdi. Hazırda Yunanıstanın Avrozona tarixində ilk dəfə suveren defolta uğraması və valyuta birliyini tərk etməsi riski var.    

Ötən gün kreditorlarla razılaşma əldə olunmayıb. Vəziyyətin gərginləşməsinə səbəb Avropa Qrupunun iclasına bir neçə saat qalmış Yunanıstanın baş naziri iyulun 5-də ölkədə referendumun keçirilməsinə qərar verməsi olub. Referendumda ölkənin kreditorlar ilə gələcək münasibətlərinə aydınlıq gətiriləcək. Seçicilər onların şərtlərinin qəbul olunub-olunmamasına münasibət bildirəcəklər.  

Mövzu:
Yunanıstan böhranı (7)

Əsas mövzular