17:43 03 Dekabr 2016
Canlı yayım
Asan xidmət

BMT "ASAN xidmət"ə xüsusi mükafat verib

apa.az
XƏBƏRLƏR
Qısa URL
8 0 0

“ASAN xidmət” “Dövlət xidmətlərinin göstərilməsinin təkmilləşdirilməsi” kateqoriyasında ən yüksək 1-ci yerə layiq görülərək xüsusi mükafat və diplomla təltif olunub.

BAKI, 27 iyun —Sputnik. BMT "ASAN xidmət"i xüsusi mükafatla təltif edib. Sputnik-ə “ASAN xidmət”dən daxil olan məlumata görə, dünən Kolumbiyanın Medellin şəhərində 2015-ci il Birləşmiş Millətlər Təşkilatının Dövlət Xidmətlərinin göstərilməsi sahəsində qaliblərin mükafatlandırılması mərasimi keçirilib.

“ASAN xidmət” “Dövlət xidmətlərinin göstərilməsinin təkmilləşdirilməsi” kateqoriyasında ən yüksək 1-ci yerə layiq görülərək xüsusi mükafat və diplomla təltif olunub.

Forum çərçivəsində dövlət xidmətləri üzrə beynəlxalq sərgi də təşkil olunub. “ASAN xidmət” sərgi iştirakçılarının xüsusi marağına səbəb olub.

Kolumbiyaya səfər çərçivəsində Dövlət Agentliyinin sədri İnam Kərimov BMT-nin Baş katibinin iqtisadi inkişaf məsələləri üzrə müşaviri Lenni Montiel və Kolumbiyanın Dövlət Xidmətləri üzrə Agentliyinin direktoru Liliana Kaballero ilə görüşüb. Görüşlərdə müvafiq sahənin inkişafı üçün “ASAN xidmət” təcrübəsindən faydalanmaq, habelə ikitərəfli əməkdaşlıq və tərəfdaşlıq perspektivləri müzakirə edilib.

23-26 iyun tarixlərində Kolumbiyanın Medellin şəhərində BMT-nin Dövlət Xidmətləri üzrə Forumu keçirilib. Tədbirin keçirilməsində məqsəd ənənəvi olaraq BMT-nin 2015-ci ildə dövlət xidmətlərinin göstərilməsi sahəsində ən uğurlu modellərin təqdim edilməsi və mükafatlandırılmasıdır.

Forum vasitəsi ilə “ASAN xidmət” və mükafata layiq görülmüş digər modellərin uğurlu təcrübəsinin dünyanın müxtəlif ölkələrində tətbiqi təşviq olunur.

Builki Forumda dünyanın müxtəlif ölkələrindən aparıcı nazirliklərin və təşkilatların rəhbərləri, beynəlxalq ekspertlər, kütləvi informasiya vasitələri və işgüzar dairələrin 1000-dən çox nümayəndəsi iştirak edib.

Əsas mövzular