14:17 04 Dekabr 2016
Canlı yayım
XƏBƏRLƏR

Türkiyənin müdafiə naziri Azərbaycan ordusunu güclü sayır

XƏBƏRLƏR
Qısa URL
21 0 0

İsmət Yılmaz: Türkiyə ilə Azərbaycan arasındakı hərbi əməkdaşlıq münasibətlərimizdə xüsusi yer tutmaqdadır.

BAKI, 27 iyun —Sputnik. Azərbaycan Silahlı Qüvvələrinini yaranmasının 97-ci ildönümü dünən Türkiyənin paytaxtı Ankarada da qeyd olunub. Sputnik Timeturk-ə istinadən xəbər verir ki, bu münasibətlə təşkil olunmuş tədbirdə çıxış edən Türkiyənin müdafiə naziri İsmət Yılmaz dost və qardaş Azərbaycanın Qafqazda təbii ortaq müttəfiqi olduğunu bildirib: “Dost və qardaş Azərbaycan Türkiyənin Qafqazdakı təbii müttəfiqidir, ortaq dil, din, qədim tarix və mədəni dəyərlərə sahib münasibətlərimiz qarşılıqlı cəhdlər və sarsılmaz iradə əsasında inkişaf etməkdədir”.

İsmət Yılmaz bildirib ki, Azərbaycan güclü orduya malikdir, Dağlıq Qarabağ probleminin sülh yolu ilə və beynəlxalq hüquq prinsipləri çərçivəsində həlli üçün ciddi səylər göstərir. İki ölkənin münasibətlərinin strateji işbirliyi mərhələsində olduğunu söyləyən nazir Azərbaycanın müstəqillik əldə etdikdən sonra Türkiyə ilə ən səmimi, ən yaxın münasibət quran dövlətlərdən olduğunu vurğulayıb: “Türkiyə ilə Azərbaycan arasındakı hərbi əməkdaşlıq münasibətlərimizdə xüsusi yer tutmaqdadır. Hərbi əməkdaşlığımız təkcə silahlı qüvvələrin inkişafı baxımından deyil, bölgədə sülh, sabitlik, təhlükəsizlik baxımından da böyük əhəmiyyət daşıyır”.


Əsas mövzular