03:49 04 Dekabr 2016
Canlı yayım
AŞPA

AŞPA XİN-in "qara siyahısı"ndakı adamları Azərbaycana göndərməyəcək

assembly.coe.int
XƏBƏRLƏR
Qısa URL
16 0 0

Assambleyanın büro iclasında Azərbaycanda keçiriləcək parlament seçkilərinə qurumun müşahidəçi missiyasının göndərilməsi ilə bağlı alt komitə yaradılıb.

BAKI, 26 iyun — Sputnik. Bu gün Avropa Şurası Parlament Assambleyasının (AŞPA) yay sessiyasının son iş günündə qurumun sədri xanım Ann Brassör Avropa Şurasında akkreditasiya olunmuş jurnalistlərlə ənənəvi görüş keçirib.

Sputnik-in APA-ya istinadən veridiy məlumata görə, Brassör iclasda bildirib ki, bu gün Assambleyanın büro iclasında Azərbaycanda keçiriləcək parlament seçkilərinə qurumun müşahidəçi missiyasının göndərilməsi ilə bağlı alt komitə yaradılıb.

“Bu gün səhər Büromuzun iclasında AŞPA-nın Azərbaycana müşahidəçi missiyasının göndərilməsi ilə bağlı məsələni müzakirə etdik. Azərbaycandan belə bir dəvət almışıq və onu qəbul etmişik.” — deyə Brassör bildirib.

Brassör həmçinin deyib ki, Azərbaycan parlamentinin sədrinə məktub göndərib və həmin məktubda Assambleyanın bütün üzvlərinin Azərbaycana daxil olmalarına dair təminatla bağlı soruşub.

Azərbaycanın AŞPA-dakı nümayəndə heyətinin rəhbəri Səməd Seyidov da Assambleyanın bu gün səhər keçirilmiş büro iclasında qısamüddətli və uzunmüddətli müşahidəçi missiyasının tərkibinin və rəhbərinin artıq təsdiq olunduğunu bildirib.

AŞPA-nın bu gün təsdiq edilmiş qısamüddətli və uzunmüddətli müşahidə missiyasının tərkibinə adları Azərbaycan Xarici İşlər Nazirliyinin "qara siyahısı”nda olan Röne Ruke və Fransua Roşbluanın adları daxil edilməyib.

 

Əsas mövzular