21:20 09 Dekabr 2016
Canlı yayım
Vladimir Aryev - Ukrayna Ali Radasının deputatı

Ukrayna səfirliyi Ali Rada üzvü ilə bağlı bəyanat verib

bakupost
XƏBƏRLƏR
Qısa URL
7 0 0

Səfirlik: Vladimir Aryevin Azərbaycan hakimiyyəti ilə bağlı mətbuatda gedən çıxışları onun şəxsi mövqeyidir və Ukraynanın Azərbaycana münasibətini ifadə etmir.

BAKI, 26 iyun —Sputnik. Ukraynanın Azərbaycandakı səfirliyi Ali Radanın deputatı Vladimir Aryevin Azərbaycana dair fikirləri ilə bağlı bəyanat yayıb.

Sputnikin məlumatın görə, səfirliyin mətbuat xidmətinin bəyanatınd bildirilir ki, Ukrayna Ali Radasının üzvü, AŞPA-nın vitse-prezidenti Vladimir Aryevin Azərbaycan hakimiyyəti ilə bağlı mətbuatda gedən çıxışları onun şəxsi mövqeyidir və Ukraynanın Azərbaycana münasibətini ifadə etmir.

“Rəsmi Kiyev iki ölkə arasında mövcud strateji tərəfdaşlıq kursunun gücləndirilməsini dəstəkləyir. Ukrayna tərəfi onun suverenliyi və ərazi bütövlüyünə davamlı dəstəyə görə Azərbaycan rəhbərliyinə minnətdarlığını bildirir. Öz növbəsində, rəsmi Kiyev Azərbaycanın ərazi bütövlüyünün bərpa edilməsi məqsədilə Dağlıq Qarabağ münaqişəsinin tezliklə beynəlxalq səviyyədə həllinin xeyrinə çıxış edir.” — bəyanatda bildirilir.

Əsas mövzular