14:35 07 Dekabr 2016
Canlı yayım
Əflatun Amaşov

Jurnalistlər MŞ-ya ən çox fəxri adlar almaq üçün müraciət edirlər

lent.az
XƏBƏRLƏR
Qısa URL
27 0 0

Mətbuat Şurasınını sədri Əflatun Amaşov deyib ki, çoxsaylı müraciətlərə baxmayaraq, fəxri adlar mətbuatda uzun müddət çalışan jurnalistlərə veriləcək.

BAKI, 26 iyun — Sputnik. Azərbaycan Mətbuat Şurasına daxil olan müraciətlərin əksəriyyəti fəxri adlarla bağlıdır.Sputnik əməkdaşının məlumatına görə bu barədə Mətbuat Şurasının (MŞ) sədri Əflatun Amaşov deyib.

O, Azərbaycan milli mətbuatının qarşıdan gələn 140 illik yubileyi ilə bağlı bildirib ki, bu münasibətlə jurnalistlərə fəxri adların verilməsi üçün təqdimatlar edəcəklər. "Çoxsaylı müraciətlərə baxmayaraq, çalışacağıq ki, fəxri adların verilməsi zamanı uzun müddət mətbuatda çalışmış adamlar nəzərə alınsın. Elə jurnalistlər var ki, onlar az qala 50 ildir mətbuatda çalışırlar, amma indiyə qədər heç bir fəxri ada layiq görülməyiblər. Düşünürük ki, onların ədalətli qiymətini vermək lazımdır." — deyə Amaşov əlavə edib. 


Əsas mövzular