21:23 09 Dekabr 2016
Canlı yayım
Gəncə prospektində yanğın

Gəncə prospektindəki şam meşəliyi yandırıldı

XƏBƏRLƏR
Qısa URL
359 0 0

Sakinlər bunda ərazidə yeni yaşayış binaları tikən tikinti şirkətinin əli ola biləcəyini istisna etmirlər.

BAKI, 26 iyun — Sputnik. Bu gün saat 16 radələrindən başlayaraq Bakının Xətai rayon ərazisində yerləşən Dövlət Sərhəd Xidməti Akademiyasının yaxınlığında, Gəncə prospektindəki şam meşəliyində güclü yanğın olub. Sputnik-in hadisə yerində olan əməkdaşının verdiyi məlumata görə, yanğın Fövqəladə Hallar Nazirliyinin Yanğınsöndürmə dəstələri tərəfindən söndürülsə də, təkrar-təkrar alovlanıb və meşə zolağına ciddi ziyan dəyib. Yaxınlıqdakı yeni tikilmiş hündürmərtəbəli binaların sakinləri yanğının yaşayış evlərinə də keçə biləcəyindən narahatlıqlarını ifadə ediblər.

Bu arada Xətai rayonunun polis əməkdaşları Sputnik əməkdaşının xidməti vəzifəsini yerinə yetirərək məlumat toplanmasına, yanan ərazilərin şəklini çəkilməsinə mane olmağa, ona güc tətbiq etməyə çalışıblar.

Yanğın hələ davam edir.

Yanğının nədən baş verdiyini dəqiqləşdirmək mümkün olmayıb. Lakin ətraf binaların sakinləri o ərazilərdə meşə zolağının əvvəllər daha geniş olduğunu, lakin tikinti şirkətləri tərəfindən orada ağacların qırılaraq yaşayış binaları tikildiyini bildiriblər. Bir müddət əvvəl isə tikinti şirkətləri bina tikmək məqsədilə yerdə qalan şam ağaclarını da qırmaq üçün əraziyə gəlsələr də, sakinlərin etirazı səbəbindən istəklərini yerinə yetirə bilməyiblər. Odur ki, hazırda sözügedən meşənin yanmasını sakinlər təsadüfi hesab etmirlər. Onların ehtimallarına görə, ərazidə bina tikintilərini davam etdirmək istəyən şirkətlər bu yanğının törədilməsində maraqlı ola bilərlər.

FHN əməkdaşlarının yanğın tam başa çatmamış ərazini tərk etmələri, polislərin isə yanğını söndürmək istəyən mülki vətəndaşları ərazidən zorla qovması da əlavə şübhələrə yol açıb. 

Əsas mövzular