21:25 09 Dekabr 2016
Canlı yayım
Председатель ТПП России Е. М. Примаков

Yevgeni Primakov öldü

РИА Новости
XƏBƏRLƏR
Qısa URL
63 0 0

BAKI, 26 iyun — Sputnik. Rusiyanın keçmiş baş naziri və XİN başçısı Yevgeni Primakov bu gün 86 yaşında vəfat edib.

Rusiya prezidenti Vladimir Putin Primakovun doğmalarına və yaxınlarına başsağlığı verib. Bu barədə Rusiya dövlət başçısının mətbuat katibi Dmitri Peskov məlumat verib.

"Prezident Yevgeni Maksimoviç Primakovun ölümünü kədərlə qarşılayıb və onun doğmalarına, əzizlərinə başsağlığı verib." — deyə Peskov bildirib. Onun sözlərinə görə Putin Primakovu yaxşı tanıyırdı və onlar həmkar idilər. O dövlət adamı, alim, siyasətçi idi və özündən sonra böyük irs qoyub gedib." — deyə Peskov əlavə edib. 

Yevgeni Primakov 29 oktyabr 1929-cu ildə Kiyevdə anadan olub. 1996-cı ilin yanvarından 1998-ci ilin sentyabrına qədər Rusiyanın xarici işlər naziri olub. Xarici siyasətdə "çoxpolyarlılıq" strategiyasının müəllifi idi. 1998-ci ilin sentyabrından 1999-cu ilin mayına qədər Primakov Rusiya Federasiyası hökumətinin başçısı postunu tutub. Onun baş nazir postunu yerinə yetirdiyi dövrdə ən yaddaqalan addımı ABŞ-a uğursuz səfəri olub. 2 mart 1999-cu ildə Primakov Vaşinqtona gedirmiş. Onun təyyarəsi Atlantik okeanının üzərindən uçarkən baş nazirə NATO-nun Yuqoslaviyanı bombaladığını xəbər veriblər. Bu səbəbdən Primakov təyyarəni okeanın üzərindən geri döndərmək əmri verib və Moskvaya qayıdıb.

Primakovu azərbaycanlılar Sovet İttifaqının son illərində bu dövlətin rəhbərlərindən biri olmuş şəxs kimi daha yaxşı tanıyr. 

Hələ 1990-cı ilin yanvarın əvvəllərində Bakıda baş verən etiraz aksiyaları ilə bağlı Bakı şəhər Komitəsinin fövqəladə plenumu keçirilib. İclasda SSRİ Ali Sovetindən Yevgeni Primakov, Sovet Kommunist Partiyası Mərkəzi Komitəsinin katibi Andrey Kirenko və Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsinin Birinci katibi Əbdürrəhman Vəzirov iştirak ediblər və bildiriblər ki, qanunsuz aksiyalar demokratikləşmə və yenidənqurma prosesinə ziyan vurur.

Primakov Kirenko ilə birilikdə Azərbaycan Xalq Cəbhəsinin nümayəndələri ilə görüşərək situasiyanı müzakirə ediblər. Bundan sonra Azərbaycanda cərəyan edən hadisələrdə Primakovun kifayət qədər iştirakı olub.

Primakov iki dəfə evli olub. İlk həyat yoldaşı Laura Xaradze gürcü olub və 1987-ci ildə vəfat edib. Onun Xaradzedən Aleksandr adlı oğlu (1954-1981), Nana adlı qızı (1962). İkinci həyat yoldaşı İrina Borisovna həkimdir.  

Əsas mövzular