18:39 10 Dekabr 2016
Canlı yayım
Yunanıstan

Yunanıstan avrozonadan çıxarıla bilər

© http://i.huffpost.com/
XƏBƏRLƏR
Qısa URL
Yunanıstan böhranı (7)
12 0 0

Avropanın iqtisadiyyat və ictimaiyyət üzrə komissarı Günter Öttinger deyib ki, yaxın 5 günə fikir ayrılıqları həllini tapmasa, Yunanıstanın avrozonadan çıxarılması qaçılmaz olacaq.

BAKI, 26 iyun — Sputnik. Avropa İttifaqı ölkələri Yunanıstanı vahid Avropa valyutası zonasından çıxarmağa can atmırlar. Amma hazırkı fikir ayrılıqları yaxın 5 gün ərzində nizamlanmasa, Yunanıstanın avrozonadan çıxması qaçılmaz olacaq.

Sputnik TASS-ın məlumatına əsasən bildiriк ki, bu fikri Avropanın iqtisadiyyat və ictimaiyyət üzrə komissarı Günter Öttinger deyib.

Komissar bildirib ki, iyunun 30-na qədər onlardan asılı olan hər şeyi edəcəklər. Yunanıstanın avrozonadan çıxarılması onların məqsədi deyil. Ancaq yaxın 5 gün ərzində məsələ həllini tapmasa, bu, qaçılmaz olacaq.

Mövzu:
Yunanıstan böhranı (7)

Əsas mövzular