23:49 06 Dekabr 2016
Canlı yayım
Акция протеста в Ереване

Nümayişçilər Serj Sərkisyanla dialoqdan imtina ediblər

© Sputnik / Асатур Есаянц
XƏBƏRLƏR
Qısa URL
23 0 0

İrəvandakı etiraz aksiyalarına Ermənistanın daha dörd şəhəri qoşulub.

BAKI, 26 iyun — Sputnik. Ermənistan polisinin başçısı, general-leytenant Vladimir Qasparyan bəyan edib ki, nümayişçilərin məqsədləri, deməyə sözləri yoxdur. Sputnik TASS-a istinadən xəbər verir ki, polis rəisinin fikrincə bunu mitinqçilərin prezidentlə dialoqdan imtina etməsi də sübut edir. 

"Ölkənin prezidenti və ali baş komandanına tələblərini çatdırmırlar.Belə olmaz. Əgər ölkə prezidenti üç gün ərzində vətəndaşa əlini uzadıbsa, vətəndaş onunla dialoqdan imtina etməməlidir. Bu onu göstərir ki, nümayişçilərin proqramı və deməyə sözləri yoxdur." — deyə Qasparyan bildirib. O qeyd edib ki, qarşıdurmalar nihilizmlə həll olunmur. 

Elektrik enerjisinin qiymətlərinin artmasına etiraz olaraq Ermənistan paytaxtının Baqramyan prospektində başlayan mitinqlər artıq dördüncü sutkadır ki, davam edir. Nümayişçilər orada zibil qablarından barrikadalar qurublar və prospekt avtomobillərin hərəkəti üçün bağlıdır. 

Qeyd olunur ki, etirazlar dinc şəkildə davam edir, polis mitinqçilərə toxunmur. 

Bu gün səhər toplanmış zibilləri təmizləyəndən sonra etirazçılar voleybol oynayırlar.Aksiyanın təşkilatçıları bəyan ediblər ki, hakimiyyət etirazşıların tələblərini yerinə yetirməyənə qədər adamlar dağılışmayacaqlar. 

Armenia Today nəşrinin məlumatına görə, etirazlara Ermənistanın daha dörd şəhəri — Aştarak, Abovyan, Gümrü və Vanadzor da qoşulub. Aksiyalar xarici ölkə səfirliklərinin qarşısında da keçirilir. 

General Baqramyan küçəsindəki aksiya iyunun 22-də başlayıb. iyunun 23-də gecə polis aksiyanı güc yoluyla dağıtmağa cəhd edib. O vaxt 237 nəfər həbs olunub. Növbəti gün isə onları azadlığa buraxıblar. Buna qədərsə, iyunun 19-da sakinlər İrəvanın opera teatrı qarşısında oturaq aksiya keçirmişdilər. 

İyunun 17-də Ermənistanın ictimai xidmətlərin tənzimlənməsi komissiyası elektrik enerjisinin qiymətlərinin artırılmasına qərar verib. Yeni tariflərin avqustun 1-dən tətbiqi gözlənilir. 

Əsas mövzular