10:00 08 Dekabr 2016
Canlı yayım
XƏBƏRLƏR

Petr Poroşenko xarici hərbi qüvvələrlə bağlı qanunu imzalayıb

XƏBƏRLƏR
Qısa URL
18 0 0

Qanun Ukrayna ərazisində sülhün və təhlükəsizliyin dəstəklənməsi məqsədilə beynəlxalq əməliyyatların keçirilməsini, digər dövlətlərin silahlı qüvvələrinin bölmələrinin Ukrayna ərazisində qəbul edilməsi və saxlanılması məsələlərini tənzimləyir.

BAKI, 25 iyun — Sputnik. Ukrayna prezidenti Petr Poroşenko sülh və təhlükəsizliyə dəstəklə bağlı beynəlxalq əməliyyatların Ukraynada keçirilməsini təmin edən qanunu imzalayıb. Bu barədə Ukrayna prezidentinin rəsmi saytı məlumat yayıb. 

Burada bildirilir ki, Poroşenkonun imzaladığı 510-VIII №- li qanun 4 iyun 2015-ci ildən etibarən Ukrayna ərazisində sülhün və təhlükəsizliyin dəstəklənməsi məqsədilə beynəlxalq əməliyyatların keçirilməsini, həmçinin digər dövlətlərin silahlı qüvvələrinin bölmələrinin Ukrayna ərazisində qəbul edilməsi və saxlanılması məsələlərini qanuni şəkildə tənzimləyir.

İyunun əvvəllərində Ukayna Ali Radası xarici hərbi qüvvələrin ukraynaya buraxılmasını tənzimləyən qanunvericilik normasını müəyyən etmişdi. 

Əsas mövzular