18:41 10 Dekabr 2016
Canlı yayım
AŞPA

Azərbaycan Avropada yayılan islamafobiyanın qurbanıdır

assembly.coe.int
XƏBƏRLƏR
Qısa URL
22 0 0

XİN AŞPA-nın “Azərbaycanda demokratik təsisatların fəaliyyəti” barədə qətnaməsini dinamik inkişafa malik dünyəvi müsəlman ölkələrinin qəbul edilməməsinin nəticəsi kimi qiymətləndirib.

BAKI, 25 iyun — Sputnik. Avropa Şurası Parlament Assambleyasının yay sessiyası çərçivəsində 2015-ci il iyunun 23-də qəbul edilmiş “Azərbaycanda demokratik təsisatların fəaliyyəti” barədə qətnamə Azərbaycana qarşı yönəldilmiş qərəzli və əsassız yanaşmanın daha bir nümunəsidir. 

Bu barədə Azərbaycan Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin yaydığı bəyanatda deyilir. 

Sputnik-in məlumatına görə bəyanatda deyilir: "Ərazisinin Ermənistan Respublikasının təcavüzü nəticəsində işğalına, işğal edilmiş ərazilərdə və elə Ermənistanın özündə etnik təmizlə aparılması nəticəsində doğma yurdlarından qovulmuş bir milyona yaxın qaçqın və məcburi köçkününün olmasına baxmayaraq, Azərbaycanda mövcud olan siyasi sabitlik, iqtisadi inkişaf, sosial rifah, azad vətəndaş cəmiyyəti, söz və fikir azadlığı, o cümlədən çoxsaylı siyasi partiyaların, qeyri-hökumət təşkilatlarının və mətbuat orqanlarının fəaliyyətinin təmin olunması göz önündədir. Bütün bunlar hər hansı beynəlxalq təşkilat tərəfindən alqışlanmaq üçün deyil, məhz Azərbaycan xalqının mənafeyi naminə təmin edilib. Belə bir sənədin qəbulu Avropa Şurası və onun Parlament Assambleyası da daxil olmaqla, Avropa təsisatları tərəfindən dinamik inkişafa malik dünyəvi müsəlman ölkələrinin qəbul edilməməsindən qaynaqlanır və Avropada sürətlə vüsət alan islamofobiyanın aydın təzahürüdür." 

Bəyanatda həmçinin qeyd olunub ki, Azərbaycan dövləti milli maraqlara cavab verən konstruktiv təklif və tövsiyələrə həmişə açıq olub. "Müstəqil və suveren dövlətin daxili işlərinə qarışılması, ona qarşı təhqir və təzyiq məqsədi ilə qəbul edilmiş hər hansı sənəd isə qəti şəkildə qəbuledilməzdir. Belə qərəzli münasibət və ikili standartların nümayiş etdirilməsi isə öz növbəsində Azərbaycanı AŞ və onun Parlament Assambleyasında iştirakının ölkəyə nə dərəcədə lazım olması barədə ciddi düşünməyə vadar edir." — sənəddə bildirilir.  

Əsas mövzular