23:20 09 Dekabr 2016
Canlı yayım
Soçidə daşqın

Soçi daşqına məruz qalıb

gazeta
XƏBƏRLƏR
Qısa URL
119 0 0

Rusiyanın kurort şəhəri Soçidə kəsməyən yağışlar ucbatından onlarca küçə su altında qalıb, yağışın əmələ gətirdiyi daşqın maşınları, evləri, bir sözlə, qarşısına keçən nə varsa hamısını aparıb.

BAKI, 25 iyun — Sputnik. Rusiyanın kurort şəhəri Soçi kəsməyən yağışlar ucbatından fövqəladə rejimə keçməli olub. Onlarca küçə su altında qalıb, yağışın əmələ gətirdiyi daşqın maşınları, evləri, bir sözlə, qarşısına keçən nə varsa hamısını aparıb. Şəhərin infrastrukturu tamamılə dağılıb. Soçi aeroportu isə bu səbəbdən bağlanıb və təyyarələri qəbul etməkdən imtina edib.

Sputnik gazeta.ru-ya istinadən xəbər verir ki, yerli hakimiyyət Soçi kanalizasiyasının bütün qaydalara uyğun tikildiyini, lakin onun belə irihəcmli su kütləsini axıtmağa qadir olmadığını bildirib. Soçi əhalisi isə iddia edir ki, olimpiya oyunları ilə bağlı qanunsuz tikilən obyektlər kanalizasiya sistemində qarmaqarışıqlığın yaranmasına gətirib çıxarıb. Və indi aşğınlar da bu səbəbdən qaynaqlanıb. 

Soçinin su altında qalan rayonlarının əhalisinin evakuasiyasına başlanılıb. 

Bu barədə selektor müşavirəsində Soçi meri Anatoli Paxomov məlumat verib. Onun sözlərinə görə, xilasedicilər gecə düşənə qədər əhalini evakuasiya etmək üçün mümkün olan hər şeyi edirlər. "Bununla belə, bəzi adamlar evlərini tərk etmək istəmirlər." —deyə Paxomov bildirib. 

Son aylarda Soçidə güclü leysanlar yağıb. Hal-hazırda isə şəhərə 100 mm-dən artıq yağış düşüb ki, bu da aylıq normanı əhatə edir. 

Mərkəzi Adler və Xostins rayonlarında fövqəladə vəziyyət elan edilib. Şəhərin su kollektor sistemləri suyu axıdıb çatdırmırlar. Bəzi küşələrdə suyun hündürlüyü 50-60 sm-dir. 

Əsas mövzular