10:42 03 Dekabr 2016
Canlı yayım
Russian President Vladimir Putin speaks during his annual end-of-year news conference in Moscow

Putin: Rusiyanın heç bir təcavüzkar planı yoxdur

© REUTERS/ Maxim Zmeyev
XƏBƏRLƏR
Qısa URL
14 0 0

Amma Rusiya hökuməti hərbi gücünü artırmaqda davam edəcək.

BAKI, 25 iyun — Sputnik. Rusiyanın heç bir təcavüzkar planı yoxdur, ola da bilməz. Dünya arenasında Moskva heç kimə təhlükə yaratmır və istənilən mübahisəli məsələni siyasi yolla həll etməyə çalışır.

Sputnik RİA Novosti-yə istinadən xəbər verir ki, Rusiya prezidenti Vladimir Putin ali hərbi tədris müəssisələri məzunlarının şərəfinə təşkil edilmiş qəbul zamanı belə deyib.

“Rusiya dünya üçün açıq ölkədir. Moskva əməkdaşlıq və tərəfdaşlığa hazır olan bütün ölkələrlə əməkdaşlığın möhkəmləndirilməsinin tərəfdarıdır. Beynəlxalq hüquqa və digər dövlətlərin maraqlarına hörmətlə yanaşırıq” — deyə prezident Putin vurğulayıb.

O deyib ki, Rusiya hökuməti hərbi gücünü artırmaqda davam edəcək: “Rusiya öz sərhədləri yaxınlığında risklər görür. Güclü ordu isə mövcud risklər şəraitində Rusiyanın suverenliyi və təhlükəsizliyinin təminatçısıdır”.

Əsas mövzular