14:28 07 Dekabr 2016
Canlı yayım
Kraliça II Elizabet

Kraliça Avropanı birliyə çağırıb

arxiv.az
XƏBƏRLƏR
Qısa URL
8 0 0

İngiltərə Avropa Birliyindən çıxıb-çıxmamaqla bağlı referenduma hazırlaşdığı bir vaxtda Böyük Britaniya kraliçası II Yelizaveta qitəni birliyə çağırıb.

BAKI, 25 iyun – Sputnik. İngiltərə Avropa Birliyindən çıxıb-çıxmamaqla bağlı referenduma hazırlaşdığı bir vaxtda Böyük Britaniya kraliçası II Yelizaveta qitəni birliyə çağırıb.

Almaniya prezidenti Xoakim Qauk-un dəvətlisi olaraq Berlində axşam yeməyinə qatılan kraliça Yelizaveta qonaqlar qarşısında geniş çıxış edib. 

Həm müharibə, həm də sülh dövrlərini gördüyünü deyən kraliça, Avropa liderlərini birliyin dağılmasına maneə olmağa çağırıb.

“Biz qitəmizin həm ən yaxşı həm də ən pis dövrlərinin şahidi olduq. O, ağır müharibələrdən sonra dünyada sülhü qorumağın nə dərəcədə əhəmiyyətli olduğunu hamımız çox yaxşı bilirik. Avropada ola biləcək hər hansı bölünmə təhlükəsini də özü ilə bərabər gətirə bilər. Birliyimizi qitənin həm şərqində, həm də qərbində təmin etməyə məcburuq” — deyə II Yelizaveta əlavə edib. 

Kraliçanın birlik çağırışına Almaniya prezidenti də dəstək verib. Xoakim Qauk, Avropa Birliyinin İngiltərəyə ehtiyacı olduğunu vurğulayıb.

Tədbirə Almaniya kansleri Angela Merkel və İngiltərə Baş naziri David Kameron da qatılıb.


Əsas mövzular