10:44 03 Dekabr 2016
Canlı yayım
Xəzər dənizi yuxarıdan görünüş

Xəzər dənizinin səviyyəsi aşağı düşüb

sputnik.az
XƏBƏRLƏR
Qısa URL
37 0 0

Xəzər dənizində suyun səviyyəsi ötən ilin müvafiq dövrü ilə müqayisədə 30 sm-dək azalıb.

BAKI, 25 iyun — 2015-ci il. Xəzər dənizində suyun səviyyəsi ötən ilin müvafiq dövrü ilə müqayisədə 30 sm-dək azalıb. 

Sputnik APA-ya istinadən xəbər verir ki, bu barədə Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Coğrafiya İnstitutunun aparıcı elmi işçisi Nazim Əhmədov məlumat verib. Onun sözlərinə görə, Xəzər dənizinin səviyyəsi 2005-ci ildən azalır. Bu proses 2009-cu ildən daha intensivləşməyə başlayıb.

Əhmədovun sözlərinə görə, hazırda Xəzərin səviyyəsi okean səviyyəsindən — 28 metr aşağıdır. Mütəxəssis suyun səviyyəsinin azalmasının narahatlıq doğurduğunu deyib: “Suyun səviyyəsinin düşməsi onun özünü təmizləmə qabiliyyətini azaldacaq və canlıların həyat səviyyəsi aşağı düşəcək”.

Mütəxəssis, Xəzərdə suyun azalmasına iqlim, dəyişkənlik, tektonik amillər, çaylarda suyun səviyyəsinin azalması kimi faktorların da təsir etdiyini bildirir. Əhmədovun sözlərinə görə, proqnozlar Xəzərdə hazırda enmə dövrünün yaşandığını göstərir. 

1995-ci ildə Xəzər dənizində suyun səviyyəsi ən yüksək həddə çatıb. Ən aşağı səviyyə isə 1977-ci ildə qeydə alınıb.

Əsas mövzular