06:10 11 Dekabr 2016
Canlı yayım
XƏBƏRLƏR

ABŞ: Fransanı dostumuz olduğu üçün dinləmişik

XƏBƏRLƏR
Qısa URL
11 0 0

Loran Fabius: Belə başa düşdük ki, amerikalı dostlarımız bizi terrordan qorumaq üçün dinləyib.

BAKI, 25 iyun – Sputnik. ABŞ milli kəşfiyyatının 2006-2012-ci illər arası Fransa prezidentlərinin gizli telefon danışıqlarını dinlədiyinin üzə çıxmasından sonra iki ölkə arasında yaranan böhran davam edir.

Son olaraq Birləşmiş Ştatların Fransadakı səfiri Xarici İşlər Nazirliyinə çağırılıb və ondan izahat tələb edilib.

Səfirin izahatda dediklərini Fransanın Xarici İşlər naziri Loran Fabius mətbuatla paylaşıb. 

“Belə başa düşdük ki, amerikalı dostlarımız bizi terrordan qorumaq üçün dinləyib. Səfirin dediyinə görə, Fransa prezidentlərinin dinlənilməsi yalan xəbərdir” – deyə Fabius bildirib. 

Məsələ ilə bağlı başqa bir açıqlama isə Ağ Evin mətbuat katibi Coş Ernest-dən gəlib.

“Fransada ciddi terror təhlükəsi mövcuddur. Bunu Fransa hökuməti və xalqı çox yaxşı bilir. Şəxsi münasibətlərimizi nəzərə alsaq, dinləmələri Paris hökumətinin kəşfiyyatla bağlı atdığı addımlara yardım olaraq da anlaya bilərik.” — deyə Ernest əlavə edib.

3 gün əvvəl Wikileaks internet səhifəsində ABŞ kəşfiyyatının Fransalı prezidentləri dinlədiyi xəbəri yayılmışdı.


Əsas mövzular