23:48 06 Dekabr 2016
Canlı yayım
Dövlət Statistika Komitəsi \ Государственный комитет статистики

Azərbaycanda ən çox hansı xəstəlikdən ölürlər?

cenubnews.com
XƏBƏRLƏR
Qısa URL
20 0 0

2014-cü ildə Azərbaycanda qan dövranı sistemi xəstəliklərinə 140 min 433 nəfər, tənəffüs orqanları xəstəliklərinə 741 min 198 nəfər, endokrin sistemi xəstəlikləri, maddələr mübadiləsi və qidalanma pozuntularına 51 min 99 nəfər, yeni törəmələrə 11 min 11 nəfər yoluxub.

BAKI, 25 iyun — Sputnik. Azərbaycanın Səhiyyə Nazirliyi qan dövranı sistemi (ürək-damar), tənəffüs orqanları, endokrin sistemi (şəkərli diabet), bədxassəli yeni törəmələr (xərçəng şişləri) kimi xəstəliklərin üstünlük təşkil etdiyini açıqlayıb.

Sputnik modern.az-a istinadən xəbər verir ki, Dövlət Statistika Komitəsi (DSK) Azərbaycanda ən çox hansı xəsətəliklərdən ölüm halının qeydə alındığını açıqlayıb. DSK-nın məlumatında bildirilib ki, 2014-cü ildə Azərbaycanda qan dövranı sistemi xəstəliklərinə 140 min 433 nəfər, tənəffüs orqanları xəstəliklərinə 741 min 198 nəfər, endokrin sistemi xəstəlikləri, maddələr mübadiləsi və qidalanma pozuntularına 51 min 99 nəfər, yeni törəmələrə 11 min 11 nəfər yoluxub.

Məlumatda bildirilir ki, Bakı, Sumqayıt və Gəncə şəhərlərində, Tovuz, Sabirabad, Yevlax, Şəki, Ağdaş, Goranboy və Qobustan rayonlarında qan dövranı sisteminin xəstəliyi daha geniş yayılıb.

Tənəffüs orqanlarının xəstəliyinə isə daha çox yoluxanlar Bakı, Sumqayıt və Gəncə şəhərləri, Abşeron, Masallı, Tovuz, Quba, Cəlilabad və Astara rayonlarındandır.

Naxçıvan, Sumqayıt, Mingəçevir, Bakı və Şirvan şəhərlərində, Quba, Qusar, Qax, Xızı, Göygöl və Neftçala rayonlarında endokrin sistemin xəstəliyi daha geniş yayılıb.

Yeni törəmələrə isə Bakı, Sumqayıt, Gəncə və Naxçıvan şəhərlərində, Abşeron, Xaçmaz, Kürdəmir, Şəki, Ucar, Lənkəran və Qəbələ rayonlarında yoluxanlar üstünlük təşkil edir.

Əsas mövzular