10:49 03 Dekabr 2016
Canlı yayım
tqdk

Magistraturaya daxil olanların qeydiyyatı iyunun 29-da başlayacaq

tqdk.gov.az
XƏBƏRLƏR
Qısa URL
5 0 0

Qeydiyyatdan keçməyənlər qəbul olunanlar siyahısından xaric ediləcəklər.

BAKI, 25 iyun — Sputnik. İyunun 29-dan ali təhsil müəssisələrinin magistratura səviyyəsinə qəbul olan bakalavrların qeydiyyatı başlanacaq. Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının mətbuat xidmətinin məlumatına görə, qeydiyyat iyul ayının 10-da (şənbə və bazar günləri istisna olmaqla) başa çatacaq.

Magistrlər göstərilən müddətdə tələb olunan sənədləri təqdim etməklə qəbul olduqları ali təhsil müəssisəsində qeydiyyatdan keçməlidirlər.

Qeydiyyatdan keçməyənlər qəbul olunanlar siyahısından xaric ediləcəklər. 

Boş qalan yerlərinə qəbulun avqust ayında elan olunması və həmin yerlərə müsabiqənin keçirilməsi nəzərdə tutulur.

Əsas mövzular