23:13 09 Dekabr 2016
Canlı yayım
İŞİD

İŞİD Kobaniyə üç istiqamətdən hücuma keçib

21stcenturyasianarmsrace.files.wordpress.com
XƏBƏRLƏR
Qısa URL
11 0 0

4 ay əvvəl tərk etdiyi Kobaniyə bu gün 3 istiqamətdən hücum edən İŞİD şəhərin mərkəzində içərisi bombalarla dolu avtomobil partladılıb.

BAKI, 25 iyun – Sputnik. İŞİD terror qruplaşması 4 ay əvvəl tərk etdiyi Kobani şəhərinə bu gün 3 istiqamətdən hücum edib. Kürdlər yaşayan şəhərin mərkəzində içərisi bombalarla dolu avtomobil partladılıb. 

Sputnik  Türkiyənin NTV kanalının məlumatına istinadən bildirir ki, partlayışda 35 nəfər dünyasını dəyişib, 63 nəfər yaralanıb. Yaralılardan biri uşaq olmaqla ikisi həyatını itirib. Partlayışdan sonra çoxlu sayda suriyalı Türkiyə sərhəddinə yaxınlaşıb. 

İddiaya görə terrorçular öz hədəflərini gerçəkləşdirə bilmək üçün kürd silahlı qüvvələrinə aid geyim geyiblər. Hazırda Kobani şəhərinin mərkəzində qızğın döyüşlərin getdiyi bildirilir.

İŞİD terrorçuları Kobaninin cənub qərbində yerləşən Bexbetan kəndinə də hücum ediblər. 


Əsas mövzular