10:00 08 Dekabr 2016
Canlı yayım
Солдаты

İtkin düşmüş hərbçilərin meyitləri tapılıb

US Marine Corps / Sgt. Mark Fayloga
XƏBƏRLƏR
Qısa URL
36 0 0

Azərbaycan hərbi qulluqçuların meyitləri qarşı tərəfdə minalanmış sahədə aşkar edilib.

BAKI, 25 iyun — Sputnik. İyunun 23-də itkin düşmüş Azərbaycan hərbçilərinin meyiti tapılıb.

Sputnik Müdafiə Nazirliyinin saytına istinadən xəbər verir ki, Azərbaycan-Ermənistan dövlət sərhədinin Qazax rayonu sahəsində qoşunların təmas xəttində, dağ-meşə şəraitində yolu azan müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçuları kiçik çavuş Musayev Musa Sabir oğlu və kiçik çavuş Yolçuyev Tural Sahib oğlunun axtarışları Beynəlxalq Qızıl Xaç Komitəsinin vasitəçiliyi ilə həyata keçirilib.

İyunun 25-də hərbi qulluqçuların meyitləri qarşı tərəfdə minalanmış sahədə aşkar edilib.

Görülən tədbirlər nəticəsində cəsədlər ərazidən çıxarılıb və aidiyyəti üzrə təhvil verilib.

Əsas mövzular