21:57 02 Dekabr 2016
Canlı yayım
Azərbaycan ordusu

Ordu günvurmadan qorunmaq üçün xüsusi rejimə keçib

Report
XƏBƏRLƏR
Qısa URL
5 0 0

Ölkədə havanın temperaturunun yüksəlməsi ilə əlaqədar Silahlı Qüvvələrin şəxsi heyəti arasında istilik və günvurma hallarının qarşısının alınması məqsədilə müdafiə naziri, general-polkovnik Zakir Həsənovun göstərişinə əsasən hərbi hissə və birləşmələrdə xüsusi rejimin tətbiq olunmasına başlanılıb.

BAKI, 25 iyun — Sputnik. Ölkədə havanın temperaturunun yüksəlməsi ilə əlaqədar Silahlı Qüvvələrin şəxsi heyəti arasında istilik və günvurma hallarının qarşısının alınması məqsədilə müdafiə naziri, general-polkovnik Zakir Həsənovun göstərişinə əsasən hərbi hissə və birləşmələrdə xüsusi rejimin tətbiq olunmasına başlanılıb.

Sputnik Müdafiə Nazirliyinin mətbuat xidmətinin məlumatına əsasən xəbər verir ki, havanın hərarətinin yüksək olduğu günlərdə şəxsi heyəti istidən və günvurmadan qorumaq üçün döyüş hazırlığı məşğələləri müəyyən olunmuş saatlarda keçirilir.

Döyüş hazırlığı və gündəlik fəaliyyət tədbirləri planlaşdırılarkən hərbi qulluqçular günəş şüalarının birbaşa düşdüyü ərazidə deyil, əsasən kölgəlikdə, kazarma şəraitində yerləşdirilir, açıq səma altında görülən xidməti işlərə cəlb olunmur.

Eyni zamanda hərbi hissələrdə sərin su duşları və əlavə su təchizatı məntəqələri yaradılıb, şəxsi heyət içməli su və fərdi su qabları ilə təmin edilib.

Əsas mövzular