21:24 09 Dekabr 2016
Canlı yayım
XƏBƏRLƏR

ABŞ Fransa prezidentlərini səfirliyin damından dinləyib

XƏBƏRLƏR
Qısa URL
3 0 0

Telefon danışıqlarının izlənilməsi üçün çox əlverişli məkan seçilib: ABŞ səfirliyinin yaxınlığında Yelisey sarayı, Fransa Xarici İşlər Nazirliyi və parlament binası yerləşir.

BAKI, 25 iyun — Sputnik. ABŞ-ın xüsusi xidmət orqanları Fransa prezidentlərinin və digər yüksək çinli məmurların telefon danışıqlarını Parisdəki səfirliyin damında yerləşdirilmiş müasir avadanlıqdan istifadə etməklə dinləyiblər.

Bu barədə məlumatı Fransa KİV-ləri kəşfiyyatın fəaliyyəti üzrə ixtisaslaşmış jurnalist Jan-Mark Manaşın materiallarına istinadən yayıblar.  

Manaşın yazdığına görə, 2004-2005-ci illərdə ABŞ səfirliyi binasının damında təmir işləri aparılıb və nəticədə orada əlavə mərtəbəyə bənzər tikili əmələ gəlib. Əslində bu, brezent yaxud da digər yüngül materialdan hazırlanmış bir tikili idi. Sonra rəssamlar onun üzərinə divar və pəncərələr çəkiblər.

Ehtimal olunur ki, “tikili”nin içərisində telefon danışıqlarını dinləməyə imkan verən avadanlıqlar quraşdırılıb. İddiaya görə, bu obyektdə ABŞ xüsusi xidmət orqanlarının əməkdaşları işləyirdi.

Telefon danışıqlarının izlənilməsi üçün çox əlverişli məkan seçilib. ABŞ səfirliyinin yaxınlığında Yelisey sarayı, Fransa Xarici İşlər Nazirliyi və parlament binası yerləşir.

Əsas mövzular